logo

Milli Məclisdə Ali Məhkəmə hakimlərinin namizədliyi təsdiqlənib

12:12 05-04-2024 | icon 938
Milli Məclisdə Ali Məhkəmə hakimlərinin namizədliyi təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin namizədliyini təsdiqləyib.

YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Hüseyn və Gəncə Apellyasiya Məhkəməsi sədrinin müavini Teyyub Muxtarovun namizədliyi göstərilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiqlənib.