logo

Salyan sakinindən 2,5 kq heroin götürülüb

14:32 29-03-2024 | icon 735
Salyan sakinindən 2,5 kq heroin götürülüb

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.