logo

Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib

11:33 29-03-2024 | icon 2870
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib

Ermənistan Rusiyanın "RTR-Planeta" telekanalında “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının yayımını qadağan edib.

YeniAvropa xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bu barədə özünün sosial media hesabında yazıb. “Qərar Ermənistan və Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin 5-ci və 6-cı maddələrinin mütəmadi pozulması səbəbindən qəbul edilib”, - deyə məlumatda bildirilir.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da respublikada yayımlanan Rusiya telekanallarını iki ölkə arasında “kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” sazişin 5 və 6-cı maddələrini pozmaqda ittiham edib və bu məsələ ətrafında Moskva ilə məsləhətləşmələr aparıldığını bildirib.

Qeyd edək ki, 2023-cü ilin payızında Ermənistanın hakimiyyət orqanları rəsmi şəxslərə qarşı təhqiramiz ifadələrə yol verdiyinə görə Rusiyanın Birinci Kanalında yayımlanan televiziya proqramlarından birinə qarşı iddia qaldırmışdı. Hadisə ilə bağlı Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.