logo

Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur

10:30 29-03-2024 | icon 777
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

YeniAvropa xəbər verir ki, martın 31-dək davam edəcək turnirdə Azərbaycan 9 kişi cüdoçu ilə təmsil olunacaq.

İlk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla görüşəcək.

Ruslan Paşayev və Rəşad Yelkiyev eyni çəkidə (66 kq) qüvvələrini sınayacaqlar. Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəllə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə münasibətlərinə aydınlıq gətirəcək.