logo

Tanışını öldürən şəxsin məhkəməsi başlayır

11:55 28-03-2024 | icon 798
Tanışını öldürən şəxsin məhkəməsi başlayır

Ötən il noyabrın 22-də Qazax rayonunun Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Qazax rayon Prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ibtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.