Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Aprelin 28-də 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, qəbul imtahanıına ərizə qəbulu aprelin 8-dək davam edəcək.
2024-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi Kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da DİM-in müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış və müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası”nda olan şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.
Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi ray., Akademik H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanında bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.
İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır