logo

Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb

09:45 28-03-2024 | icon 854
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.