logo

Elçin Babayev yenidən BDU-nun rektoru təyin edilib

14:54 27-03-2024 | icon 861
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edilib

Prezident İlham Əliyev  martın 27-də  Bakı Dövlət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".

Qeyd edək ki, Elçin Babayev prezidentin 2019-ci il martın 11-də imzaladığı sərəncamla ilk dəfə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib. O, bu gün növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.