logo

"Şahdağ"da 52 sm qar yağıb

11:11 27-03-2024 | icon 553
"Şahdağ"da 52 sm qar yağıb

Martın 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb.

Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib.

Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar, Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.