logo

Daha 35 ailə Füzuliyə yola salınıb

09:09 27-03-2024 | icon 840
Daha 35 ailə Füzuliyə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki,  bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib.