logo

Cüdo millimiz beynəlxalq turniri 3 medalla başa vurub

12:12 25-03-2024 | icon 1169
Cüdo millimiz beynəlxalq turniri 3 medalla başa vurub

Azərbaycanın cüdo millisi Almaniyada yeniyetmə və gənc qızlar arasında keçirilən beynəlxalq Türingiya Kubokunu 3 medalla başa vurub.

YeniAvropa xəbər verir ki, Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova( 44 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, 15 cüdoçu ilə təmsil olunan Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.