logo

Bədii gimnastlarımız Astanada beynəlxalq turnirində çıxış edəcəklər

16:43 20-03-2024 | icon 3066
Bədii gimnastlarımız Astanada beynəlxalq turnirində çıxış edəcəklər

Bədii gimnastika üzrə məşqçi Leqka Daryanın rəhbərliyi altında gənc fərdi gimnastlar Ayan Sadıqova və Dəniz Abdullazadə Qazaxıstanın Astana şəhərində keçiriləcək “Alem Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışda beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva ölkəmizi təmsil edəcək.