logo

Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər-NATO baş katibi

14:14 19-03-2024 | icon 1302
Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər-NATO baş katibi

Azərbaycan və Ermənistanın hazırda dayanıqlı sülhə nail olmaq imkanı var.

YeniAvropa xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Y.Stoltenberq rəsmi Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırıb:

“Hər iki ölkəni münasibətləri normallaşdırmağa və bu iki xalq üçün dayanıqlı sülhə yol açan razılaşma əldə etməyə çağırıram”.