logo

“Azpetrol” 104-cü YDM-ni açıb

12:52 19-03-2024 | icon 1806
“Azpetrol” 104-cü YDM-ni açıb

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, həmçinin təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, mart ayının 19-da Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 201A ünvanında sayca 104-cü yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimini keçirib. Açılış mərasimində şirkətin baş direktoru Ceyhun Məmmədov, əməkdaşları və Ağcabədi RİH-in müavini Toğrul Bünyatov iştirak edib. YDM-in istifadəyə verilməsi yeni 26 iş yerinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 4 CNG tipli qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.