logo

Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib

15:15 18-03-2024 | icon 924
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşüb.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı Tavuş vilayətinə gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini bildirmişdi.

O, həmçinin deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.