logo

Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək

22:13 21-09-2018 | icon 4263
Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək

Oktyabrın 4-dən 27-dək Fransada “Rhino” caz festivalı keçiriləcək. Ölkənin 27 şəhərini əhatə edəcək festival çərçivəsində 50 konsert proqramı təqdim ediləcək.

YeniAvropa festivalın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festival çərçivəsində oktyabrın 26-da Sen-Şamonda konsert proqramı ilə çıxış edəcək. Onu Jozelin Hazard (zərb), Felip Kabrera (kontrabas) müşayiət edəcək.