logo

İki rayona yeni polis rəisləri təyin edilib

14:34 13-03-2024 | icon 616
İki rayona yeni polis rəisləri təyin edilib

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.