logo

Putin Ukrayna müharibəsində Rusiyanın  şərtlərini açıqlayıb

11:33 13-03-2024 | icon 3045
Putin Ukrayna müharibəsində Rusiyanın  şərtlərini açıqlayıb

Moskva Ukrayna məsələsi üzrə hazırda mövcud olan reallıqlar əsasında danışıqlara hazırdır.

YeniAvropa xəbər verir ki,bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində bildirib.

“Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, o cümlədən bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Amma özümüz üçün dəqiq və aydın şəkildə müəyyən etməliyik ki, bu, qarşı tərəfin yenidən silahlanması üçün istifadə edəcəyi pauza deyil, Rusiya Federasiyasının təhlükəsizliyi üzrə qarantiyaların müzakirə ediləcəyi ciddi danışıqlardır”,-deyə V.Putin bildirib.

Rusiya prezidenti onu da qeyd edib ki, danışıqlar əsnasında Ukraynanın da təhlükəsizliyi təmin olunmalıdır.  “Bizə qarantiyalar lazımdır. Onlar, həmçinin qeyd edilməlidir və elə olmalıdır ki, bizi qane etsin və inandırsın. Söhbət məhz bundan gedir”,-deyə o, sözlərinə əlavə edib.