logo

“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib

12:12 09-03-2024 | icon 1561
“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib

Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib.

YeniAvropa xəbər verir ki, Azərbaycanda bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq yarışda əvvəlcədən qeydiyyatdan keçən 11 ölkənin 60-dək idmançısı iki gün ərzində birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar.

Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal və kuboklarla təltif olunacaq.

Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

Yarış martın 10-da vertikal növ üzrə davam edəcək.