“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinin ilk görüşündə Bakıda Almaniyanın “Bayer” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də start götürəcək.
Oyunun baş hakimi fransalı Benua Bastyen olacaq.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.