Yaxşı komandaya, Avropanın ən güclü komandasına qarşı oynayacağıq. Çox çətin matç olacaq, çalışacağıq ki, uğurlu nəticə qazanaq.
YeniAvropa xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının müdafiəçisi Bədavi Hüseynov UEFA Avropa Liqasının 1/8 final mərhələsində sabah Bakıda Almaniya “Bayer”inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində “Braqa” ilə oyunda Nəriman Axundzadəyə verdiyi qol ötürməsini də xatırlayan təcrübəli müdafiəçi bildirib: “Ani anda verdiyim qərar idi. Şükürlər olsun ki, hakim bu epizodu dayandırmadı. Əsas odur ki, Nəriman qol vurdu və biz növbəti mərhələyə keçdik. İndi hər kəsə "Qarabağ"ın böyük komanda olduğunu göstərmək istəyirik”.