logo

Azərbaycanda 2024-cü ilin idman səfirləri müəyyənləşib

12:32 04-03-2024 | icon 1932
Azərbaycanda 2024-cü ilin idman səfirləri müəyyənləşib

Martın 4–də Gənclər və İdman Nazirliyinin (GİN) növbədənkənar kollegiya iclası keçirilib.

GİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazir Fərid Qayıbovun sədrliyi ilə təşkil olunan iclasda 2024-cü il üçün idman səfirləri seçilib.

Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqqında və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından 5 nəfər 2024-cü il üçün idman səfiri seçilib.

Bunlar taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucovdur.

İclasda, həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.