logo

Göyçayda ağır avtoqəza:3 nəfər ölüb

09:49 04-03-2024 | icon 1246
Göyçayda ağır avtoqəza:3 nəfər ölüb

Göyçay-Ucar avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə gecə saatlarında Göyçayın Müskürlü kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Xəqani Bağırov, eləcə də avtomobildə olan sərnişinlər Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər.

Xəsarət alan bir sərnişin isə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.