logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb

09:29 04-03-2024 | icon 665
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 98 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.