logo

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

13:13 01-03-2024 | icon 1442
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rövnəq Abdullayev milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasında bildirib. 

O, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb. 

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.