logo

Xaçmazda mikroavtobus körpüdən dərəyə aşıb, yaralanan var

09:09 01-03-2024 | icon 7539
Xaçmazda mikroavtobus körpüdən dərəyə aşıb, yaralanan var

Xaçmazda "Ford" markalı mikroavtobus Qusarçay çayının dərəsinə aşıb.

YeniAvropa xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpünün məhəccərlərini qıraraq dərəyə düşüb.

Qəza zamanı xəsarət alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.