logo

Xırdalana və aeroporta metro tikintisi planlaşdırılmayıb-Sədr

15:35 29-02-2024 | icon 1176
Xırdalana və aeroporta metro tikintisi planlaşdırılmayıb-Sədr

Xırdalana və Bakı aeroportuna (Heydər Əliyev Beynəlxalq Aeroportu) metro xətti azı növbəti planlarda nəzərə alına bilər.

YeniAvropa xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun yaranmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.

O əlavə edib ki, Bakının inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma sözügedən stansiyaların tikintisi planlaşdırılmayıb.