logo

PFL-in icraçı-direktoru UEFA Konfrans Liqasının 1/8 final oyununa təyinat alıb

13:49 29-02-2024 | icon 1134
PFL-in icraçı-direktoru UEFA Konfrans Liqasının 1/8 final oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək.