logo

Azərbaycanda “Alternativ xidmət haqqında” Qanun hazırlanır

11:11 29-02-2024 | icon 518
Azərbaycanda “Alternativ xidmət haqqında” Qanun hazırlanır

Azərbaycanda “Alternativ xidmət haqqında” Qanunun hazırlanması və qəbul edilməsi təklif edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin(ombudsmanın) 2023-cü il üzrə məruzəsində bildirilib.

Məruzədə vurğulanır ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu təsbit edilib. Qeyd olunur ki, qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” Qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.