logo

Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

09:59 29-02-2024 | icon 3423
Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ötən gün brifinqdə səsləndirib.

O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - deyə Mariya Zaxarova vurğulayıb.