logo

Bu gün paytaxtın üç rayonunda qaz olmayacaq

09:19 29-02-2024 | icon 1260
Bu gün paytaxtın üç rayonunda qaz olmayacaq

Bu gün paytaxtın Xəzər, Xətai və Yasamal rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə fevralın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.