logo

Rusiya XİN-dən Ermənistanı qarşı ittiham

15:55 28-02-2024 | icon 2121
Rusiya XİN-dən Ermənistanı qarşı ittiham

Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə səsləndirib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduqlarındı bəyan edib.

“Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”,-deyə  Mariya Zaxarova vurğulayıb.