logo

Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək

14:14 26-02-2024 | icon 3969
Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək

Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”.

Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub.