logo

Nazir: Xocalı məktəbində son tamamlama işləri gedir

13:31 26-02-2024 | icon 3941
Nazir: Xocalı məktəbində son tamamlama işləri gedir

Sevindirici haldır ki, Xocalı məktəbində son tamamlama işləri gedir.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“İnanırıq ki, növbəti tədris ilində Xocalı məktəbi işğaldan azad edilmiş ərazilərdə tədrisə başlayan növbəti təhsil ocaqlarından biri olacaq. Orada nə qədər şagirdin oxuyacağını işlər bitdikdən sonra deyə biləcəyik. İdman, akt zalları və digər infrastruktur da olmaqla təxminən 130-150 nəfərlik şagird üçün nəzərdə tutulur. Əhalinin köçürülməsi tədricən aparılan bir prosesdir. Məktəbdə buraya köçürülən əhalinin, o cümlədən şagirdlərin sayına çatacaq qədər yer olacaq. Eyni zamanda, Kəlbəcər, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə təmir-tikinti işləri davam edir", - deyə nazir bildirib.