logo

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

10:40 25-02-2024 | icon 2023
Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Polşada digər ölkələrin silahlı qüvvələrinin iştirakı ilə "Dragon-24" milli təlimləri başlayır.

YeniAvropa xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahı bildirib.

Təlimlərdə NATO-nun 10 ölkəsindən 20 minə yaxın hərbi qulluqçu və 3,5 min hərbi texnika, o cümlədən Polşa Silahlı Qüvvələrinin 15 minə yaxın əsgəri iştirak edəcək. Quruda, havada və dənizdə qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası yoxlanılacaq, kiberməkanda hərbi əməliyyatların simulyasiyası aparılacaq.