logo

Dünya çempionatının seçmə oyunu: Azərbaycan millisi Kosovoya qarşı

09:55 25-02-2024 | icon 1715
Dünya çempionatının seçmə oyunu: Azərbaycan millisi Kosovoya qarşı

Bu gün basketbol üzrə Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Tahir Baxşıyevin başçılıq etdiyi yığma doğma meydanda Kosovonu sınağa çəkəcək.

"Sərhədçi" İdman Mərkəzində oynanılacaq görüş saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda səfərdə İsveçrəyə uduzub.