logo

“Qarabağ”ın futbolçusu Avroliqada həftənin rəmzi komandasına seçilib

12:32 23-02-2024 | icon 1813
“Qarabağ”ın futbolçusu Avroliqada həftənin rəmzi komandasına seçilib

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

YeniAvropa xəbər verir ki,  "Sofascore” nəşrinin hazırladığı siyahıda “Qarabağ”ın futbolçusu Marko Yankoviç də var. Monteneqrolu yarımmüdafiəçinin Bakıda Portuqaliyanın “Braqa” komandasına qarşı keçirilmiş oyundakı çıxışı 8,1 balla qiymətləndirilib.

Meydanda olduğu 120 dəqiqə ərzində 42 dəqiq ötürmə edən 29 yaşlı futbolçu 17 ikili mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.