logo

Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi müraciət yoxdur-Katiblik

11:44 23-02-2024 | icon 1904
Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi müraciət yoxdur-Katiblik

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə KTMT-nin Katibliyi Rusiya mediasına açıqlamasında bildirib.

“KTMT-nin Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb və görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tezisi təşkilatın bir sıra tədbirlərində iştirak etməməklə əlaqədardır”, -deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France24” telekanalına müsahibəsində kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib.