logo

“Qarabağ”ın 1/8 finaldakı rəqibi bu gün bəlli olacaq

11:11 23-02-2024 | icon 2415
“Qarabağ”ın 1/8 finaldakı rəqibi bu gün bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan çempionu bu raundda qrup mərhələsini ilk pillədə başa vuran komandalardan biri ilə üz-üzə gələcək.

Püşkatmaya səpələnməmişlər səbətindən qoşulacaq Ağdam təmsilçisi ilk matçını evdə keçirəcək.

Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" Praqa (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə).

Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" Praqa (Çexiya), "Sportinq" (Portuqaliya).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.