logo

Bu gün UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atılacaq

10:40 23-02-2024 | icon 1673
Bu gün UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.

Komandalar hərəsində 8 olmaqla iki qrupa bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər səpələnməmişlər səbətində yer alıblar.

Səpələnmişlər: “Aston Villa” (İngiltərə), “Brügge” (Belçika), “Fənərbağça” (Türkiyə), “Fiorentina” (İtaliya), “Lill” (Fransa), “Makkabi” Təl-Əviv, (İsrail), PAOK (Yunanıstan), “Viktoriya” (Çexiya)

Səpələnməmişlər: “Ayaks” (Niderland), “Dinamo” Zaqreb (Xorvatiya), “Makkabi” Hayfa (İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika)

Qeyd edək ki, Konfrans Liqasında 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.