logo

Ermənistan KTMT-də iştirakını dayandırıb

09:01 23-02-2024 | icon 1533
Ermənistan KTMT-də iştirakını dayandırıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında(KTMT) iştirakını dayandırıb.

YeniAvropa xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

"Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq", - deyə N.Paşinyan bildirib.