"COP29"un Təşkilat Komitəsinin tərkibi genişlənirilib
Prezidenti İlham Əliyev fevralın 22-ə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. “Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri”.
2. “Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru” abzası ləğv edilsin.
3. “Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi”.
4. “Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru”.
5. “Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri”.
6. “Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi”.
7. “Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini”.
8. “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.
9. “Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru”.
10. “Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır