logo

“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb

15:15 22-02-2024 | icon 1372
“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.