logo

Bədii gimnastika millimiz beynəlxalq turnirinə yollanıb

12:52 22-02-2024 | icon 1386
Bədii gimnastika millimiz beynəlxalq turnirinə yollanıb

Bədii gimnastika üzrə Azərbaycan millisi Rumıniyanın Ployeşti şəhərində keçiriləcək 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, yığma üzvlərindən böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova, gənclərdən isə Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, yarış fevralın 23-25-də təşkil olunacaq.