logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb

16:16 21-02-2024 | icon 1372
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb

Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, paket Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümündə - fevralın 24-də qüvvəyə minəcək. Beləliklə, Moskvaya qarşı 13-cü sanksiya paketi Brüssel tərəfindən təsdiqlənən ən geniş məhdudiyyətlərdən biri olacaq.

Sanksiyalar siyahısına 200-ə yaxın qurum və fiziki şəxs əlavə olunacaq. Bu o deməkdir ki, Rusiyanın Avropa İttifaqında mövcud olan bütün aktivləri dondurulacaq. Moskvanın hərbi-texnoloji cəhətdən güclənməsində rol alan digər şirkətlərə də sanksiyalar tətbiq ediləcək və onlara hərbi təyinatlı mallar və texnologiyalar satılmayacaq.

Eyni zamanda, Çin, Türkiyə, Hindistan və Serbiyanın sanksiyalardan yayınmaqda Rusiyaya yardım edən bir sıra şirkətləri ilə ticarətin qadağa edilməsi barədə təklif irəli sürülüb.