logo

Sabah Bakıda qısamüdəttli yağış yağacaq, 6° isti olacaq

14:44 21-02-2024 | icon 952
Sabah Bakıda qısamüdəttli yağış yağacaq, 6° isti olacaq

Azərbaycanda fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın regionlarında hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.