logo

Ordumuzun mövqeləri atəşə tutulub

15:30 16-02-2024 | icon 791
Ordumuzun mövqeləri atəşə tutulub

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.