Sabah Bakıda sulu qar yağacaq, 7° isti olacaq
Azərbaycanda fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənYeniAvropa-ya verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-9° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti bəzi yerlərində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman proqnozlaşdırılıb. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-9° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-4° isti olacağı gözlənilir.
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava
İlham Əliyev ABŞ-ın nümayəndələrini qəbul edib
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Şahmatçılarımızın yeni FIDE reytinqləri açıqlanıb
Mayda bəzi günlərdə temperatur 35°-yə yüksələcək
Zelenski Ukraynanın NATO-ya üzv olma vatını açıqladı
XİN Fransanın daxili işlər nazirinin ittihamlarını rədd edib
Gğyçayda oğul atasını döyərək öldürüb
Mayın əvvəlində ilk 20 ailə Şuşaya köçürüləcək
Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır
Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı
40 ölkədən olan dini liderlər Bakıda və Şuşada görüşəcəklər
Sabah Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işnə başlayır