logo

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

11:33 01-05-2024 | icon 777
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub.

YeniAvropa xəbər verir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz olunub.

Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.

Qərbi Azərbaycan Televiziyasının sosial media hesabları aşağıdakılardır:

1. Yutub: https://www.youtube.com/@QerbiAzerbaycanTV/videos

2. Feysbuk: https://www.facebook.com/people/Q%C9%99rbi-Az%C9%99rbaycan-TV/100095259673458/

3. İnstaqram: https://www.instagram.com/qerbi.aze.tv/

4. Tik-tok: https://www.tiktok.com/@qerbi.aze.tv