logo

Paracüdoçularımız Almaniya "Qran-Pri"sinə yollanıblar

13:53 14-02-2024 | icon 658
Paracüdoçularımız Almaniya "Qran-Pri"sinə yollanıblar

Almaniyanin Heydelberq şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Milli Paralimpiya KomitəsindənYeniAvropa-ya verilən məlumata görə, "Paris-2024" Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandıracaq yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək.

J2 kateqoriyasında Vüqar Şirinli (60 kiloqram ), Namiq Abaslı ( 73 kiloqram) və Sevda Vəliyeva (57 kiloqram), J1 kateqoriyasında isə İlham Zəkiyev (90 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq turnir fevralın 13-19-da keçiriləcək.